©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

Xulio kortasar - səhifə 44


142 

 

1.  –  Mən  onun  necə  olduğunu  bilmirəm,  –  Ronald  dedi.  –  Və  biz  bunu  heç  vaxt 



bilməyəcəyik.  Yalnız  onun  başqalarına  necə  təsir  etdiyini  bilirik.  Biz  müəyyən  mənada  onun 

güzgüsü olmuşuq. İzah etmək çətindir. 



 

39



2.  –  O  elə  axmaq  idi  ki,  –  Etyen  dedi.  –  Xoşbəxt  səfehlər  və  s.  və  i.a.  And  içirəm    ki, 

tamamilə  doğru  deyirəm.  Onun  axmaqlığı  məni  əsəbiləşdirirdi,  Horasio  deyirdi  ki,  bu, 

informasiya çatışmazlığındandır, ancaq səhv edirdi. Hamıya məlumdur ki, cahillik və axmaqlıq – 

tamamilə başqa şeylərdir, bunu hamı bilir, axmaqdan başqa, bu da onun xoşbəxtliyidir. O hesab 

edirdi  ki,  məşğuliyyət,  populyar  peşə  onun  ağlını  artıracaq.  İki  anlayışı  qarışdırırdı:  bilmək  və 

anlamaq.  Bədbəxtin  bizim  məhz  çox  bildiyimizdən  anlamadığımız  bir  çox  şeylərdən  əla  başı 

çıxırdı. 

3.  –  İbarəbazlıq etmə,  – Ronald dedi.  – 

Antinomiya

32

  və əks  məfhumlardan  ibarət ucuz 



dəst. Mənə elə gəlir ki, onun axmaqlığı, tamamilə bitki kimi, ilbiz kimi olması bütün varlığıyla 

ən sirli şeylərə yapışmasının əvəziydi. Buyur görək:  o, adlara inana bilmirdi, gərək barmağıyla 

əşyaya  toxunaydı  ki,  onun  varlığını  etiraf  etsin.  Ancaq  bununla  uzağa  gedə  bilməzsən.  Bu, 

Qərbin bütün kəşflərinə, bütün fəlsəfi məktəblərə arxa çevirmək kimi bir şey idi. Belə olduğun 

halda şəhərdə yaşamaq və çörəkpulu qazanmaq pis şeydir. Bu onu gicişdirirdi. 

4.  –  Hə,  əlbəttə,  ancaq  onun  xoşbəxtliyinin  həddi-hüdudu  yox  idi,  dəfələrlə  ona  baxıb 

qibtə  etmişəm.  Məsələn,    stəkanın  forması.  Bəs  mən  rəssamlıqda  nə  axtarıram,  lütfən  deyin? 

Əzab-əziyyət  çəkirsən,  nə  qədər  yollardan  keçirsən  –  hamısı  da  çəngələ  və  iki  zeytun  ağacına 

gedib  çatmaq  üçün.  Duzun  hamısı  və  dünyanın  mərkəzi  burada  toplanmalıdır,  süfrənin  bu 

tərəfində. O isə gəlir və bunu hiss edir. Bir dəfə o, mənim yanıma emalatxanaya gəlmişdi, mən 

onu səhər-səhər bitirdiyim rəsmin önündə gördüm. Elə ağlayırdı ki, bu cür yalnız o özü ağlaya 

bilərdi,  bütün  sifətiylə.  Onun  üzü  qorxunc  və  qəribəydi.  O,  mənim  rəsmimə  baxıb  ağlayırdı. 

Səhər-səhər  özümün  də  ağladığımı  ona  deməyə  cürətim  çatmadı.  Halbuki  bu  onu  sakitləşdirə 

bilərdi, sən ki onun necə əzab çəkdiyini bilirsən, bizim – bu ədabaz yekəxanaların yanında özünü 

olduqca əhəmiyyətsiz sayırdı. 

5. – İnsanlar nələrə ağlamırlar, – Ronald dedi. – Göz yaşları heç nəyi sübut etmir.  

6. – Nə deyirsən de, onlar əlaqəni isbatlayır. Kətan parçanın qarşısında dayanaraq ondan-

bundan  eşitdiyi  tərifləri  yağdıranlar  çox  olub,  ağızlarına  gələni  danışıblar,  hamısı  da  ətrafında. 

Bilirsən,  iki  şeyi  birləşdirməyi  öyrənmək  üçün  müəyyən  səviyyəyə  yüksəlmək  lazımdır.  Mənə 

elə gəlir ki, mən yüksəlmişəm, ancaq mənim kimilər çox deyil. 

7. – Çox az adam tanrının rəhmətinə layiqdir, – Ronald dedi. – Özünü az təriflə… 

6. – Mən bilirəm ki, bu belədir, – Etyen dedi. – Bu belədir, mən bilirəm. Ancaq mənim 

həyatım iki əli birləşdirməyə sərf olunub, sol əlimi – ürəyimlə, sağ əlimi isə – fırça və kətanla. 

Əvvəl mən başqaları kimi Rafaelə baxıb Perucino haqqında düşünürdüm, Leon Battista Albertini 

zəli kimi sorurdum, onları birləşdirib bir araya gətirirdim, bu  – Piko de Mirandoladandır, bu  – 

                                                

32

 

 

Антиномийа – ейни дяряъядя дцзэцн щесаб едилян ики ганун, мцддяа, принсип, категорийа арасындакы 



зиддиййят 



 

39



Lorenso Balladır, diqqət et, gör Burkhard nə danışır, Berenson nəyi inkar edir, Arqan necə hesab 

edir,  bu  mavi  rəng  lap  siyena  freskalarındakı  kimidir,  bu  kətan  –  Mazaççodandır.  Nə  vaxt 

olduğunu  xatırlamıram,  ancaq  bu,  Romada,  Barberini  qalereyasında  olmuşdu,  mən  Andrea  del 

Sartonun  rəsminə  baxıb  təhlil  aparırdım  və  birdən  gördüm  ki…  Xahiş  eləmə,  onsuz  da  deyən 

deyiləm. Mən bütün rəsmi deyil, arxa plandakı bir detalı, yoldakı fiquru görmüşdüm. Gözlərim 

yaşardı, vəssalam, nə deyə bilərəm ki. 

5. – Göz yaşları heç nəyi sübut etmir, – Ronald dedi. – İnsanlar nələrə ağlamırlar. 

4.  –  Sənə  cavab  verməyin  əhəmiyyəti  yoxdur.  Ancaq  o  başa  düşərdi.  Əslində,  biz 

hamımız  eyni  yolun  yolçularyıq,  ancaq  biriləri  öz  yolunu  sol  tərəfdən,  başqaları  isə  sağdan 

başlayır. Və bəzən olur ki, kimsə düz ortada süfrənin kənarını, qədəhi, çəngəli, zeytunu görür. 

3. – Yenə obrazlar, – Ronald dedi. – Daim eyni şeylər. 

2. – İtirilmişə, yadlaşmışa yaxınlaşmağın başqa üsulu yoxdur. Sibilla isə ona yaxın olub 

və  bütün  bunları  hiss  edib.  Onun  yeganə  səhvi  yaxınlığının  bizim  mübahisələrimizdən  dəyərli 

olduğunu isbatlamaq istəyi olub. Ancaq bu sübutu ona heç kəs verə bilməzdi, birincisi, ona görə 

ki, biz özümüz onu anlamağa qadir deyilik, ikincisi  isə, elə, ya da belə,  biz hamımız özümüzü 

heç  də  pis  hiss  etmirik  və  kollektiv  biliyimizdən  tam  məmnunuq.  Biz  Littrenin  bütün 

cavablarıyla həmişə əlimizin altında olduğunu xatırlayırıq, odur ki, arxayın yata bilərik. Və bizə 

hər şey ona görə aydındır ki, hər şeyin kökünü qazıyan suallar verməyi bacarmırıq. Ancaq Sibilla 

soruşanda ki, niyə ağaclar yayda geyinirlər… yox, dostum, bunun nə mənası var, yaxşısı budur, 

susaq. 


1. – Hə, bunu izah edə bilməzsən, – Ronald dedi.  

 

(– 34) 

 

143 

 

Səhərlər zəngli saatın zəhlətökən cığırtısının belə qovub ayıqlığın aydınlığı və kəskinliyi 



ilə  əvəz  edə  bilmədiyi    yarıyuxulu  vəziyyətdə  onlar  gördükləri  yuxuları  ətraflıca  bir-birinə 

danışırdılar.  Başlarını  toxunduraraq,  ayaqlarını  və  əllərini  dolaşdıraraq  bir-birini  sığallayır  və 

gecənin  şüursuz  saatlarında  yaşadıqlarını  xarici  aləmin  sözləriylə  bir-birinə  çatdırmağa 

çalışırdılar.  Talitanın  yuxuları  və  danışdığı  yuxudan  asılı  olaraq  sıxılan,  yaxud  gülümsəyən 

dodaqları,  hekayəsini  qüvvətləndirən  jestləri  və  nidaları  və  gördüyü  yuxunun  səbəbi  və 

mənasıyla  bağlı  sadəlövh  fərziyyələri  Treveleri  –  Oliveyranın  gənclik  dostunu  ovsunlayırdı. 

Sonra  onun  danışmaq  növbəsi  çatırdı  və  bəzən  yarıya  çatmamış  arvadının  əlləri  onun  əllərinə 

 

39



sığal çəkməyə başlayırdı və onlar yuxudan sevişməyə keçir, yenidən yuxuya gedirdilər, sonra da 

hər yerə gecikirdilər.  

 

Talitaya,  onun  yumşaq,  yuxulu  səsinə  qulaq  asan  Treveler  arvadının  yastığa 



dağılan  saçlarına  baxaraq  təəccüblənirdi:  bu  necə  ola  bilər.  O,  barmağıyla  Talitanın  alnına, 

gicgahına toxunur («İrene xala mənim bacım idi, deyəsən, beləydi, ancaq əmin deyiləm»), sanki, 

başının bir neçə santimetrliyində maneə hiss edirdi («Mənsə kövşənlikdə çılpaq idim və ağappaq 

bir  çay  gördüm,  o  nəhəng  dalğalarıyla  şahə  qalxmışdı…»).  Onlar  baş-başa  yatmışdılar,  fiziki 

baxımdan yan-yanaydılar, hərəkətləri, pozaları da təxminən eyniydi, eyni otaqda, eyni balışların 

üzərində nəfəs alırdılar, həmin qaranlıqda, həmin zəngli saatın çıqqıltısı altında, oyanmanın hər 

ikisi üçün eyni olan küçə və şəhər mənbəyində, hər ikisi üçün eyni olan maqnit şüalanmasında, 

eyni  növ  qəhvə  və  ulduzların  eyni  düzüldüyü  gecə  də  onlar  üçün,  bir-birinə  sarılaraq  yatanlar 

üçün  eyniydi,  ancaq  buna  baxmayaraq,  onlar  fərqli  yuxular  görür,  tamamilə  bənzərsiz  şeylər 

yaşayırdılar və biri gülürdü, eyni vaxtda o biri qorxu içində qaçırdı və o, yenə cəbrdən imtahan 

verməliydi, o biri isə bu zaman ağ daşdan olan şəhərə gəlmişdi.  

 

Talitanın  səhər  hekayəsində  sevinc  də  səslənə  bilərdi,  kədər  də,  ancaq  Treveler 



uyğunluq aramaqdan yorulmurdu. Necə ola bilərdi ki, gündüzləri hər şeydə bir olsunlar, gecələr 

isə  mütləq  uyğunsuzluq  baş  versin  və  insan  yuxuda  dözülməz  dərəcədə  tənha  olsun?  Bəzən 

Treveler  Talitanın  yuxusuna  girir,  ya  da  əksinə,  Talitanın  obrazı  Trevelerin  gördüyü  kabusu 

bölüşürdü. Ancaq onlar oyanandan sonra bu barədə  danışmaq lazım olduğunu bilmirdilər:  «Bu 

vaxt sən mənim əlimdən tutub deyirsən…» Və Treveler müəyyən etdi ki, o, Talitanın yuxusunda 

arvadının əlindən tutub danışdığı zaman öz yuxusunda onun ən yaxın rəfiqəsilə yatır, ya da «Las-

Esterlas» sirkinin direktoruyla danışır, yaxud da La-Plata körfəzində üzür. Başqasının yuxusuna 

xəyalət  kimi  girmək  onu  tikinti  materialı  səviyyəsinə  endirirdi  və  bu  zaman  o  hətta  gecə 

görüntülərinin vacib dekorasiyaları olan bütün bu fiqurları, naməlum şəhərləri, vağzalları və giriş 

pilləkənlərini görmək imkanından da məhrum olurdu. Talitaya lap yaxınlaşaraq, barmaqlarını və 

dodaqlarını  onun  üzünə  və  başına  toxunduraraq  Treveler  hiss  etdi  ki,  bu  dəfolunmaz  maneə 

uçurum  kimi  keçilməzdir,  bu  məsafəni  sevgidə  də  aşmaq  mümkün  deyil.  Uzun  müddət  o, 

möcüzə gözləmişdi, ümid etmişdi ki, gözəl səhərlərin birində Talita ona elə bir yuxu danışacaq 

ki,  eyni  yuxunu  o  da  görmüş  olacaq.  O  bunu  gözləyirdi,  buna  nail  olmağa  çalışırdı,  bütün 

mümkün  analogiyaları  köməyə  çağıraraq  uyğunluq  tapır,  tanımaya  apara  biləcək  oxşarlıq 

axtarırdı. Yalnız bircə dəfə (ancaq Talita buna zərrə qədər əhəmiyyət vermədi) onlar oxşar yuxu 

görmüşdülər.  Talita  anasıyla  birgə  gəldiyi  və  hərəsinin  özüylə  bir  stul  gətirməli  olduğu 

mehmanxana haqqında danışdı. Bu zaman Treveler öz yuxusunu xatırladı: mehmanxanada vanna 

otağı  yox  idi  və  yuyunmaq  üçün  məhrəbayla  vağzaldan  keçib  getmək  lazım  idi.  O  dedi:  «Biz 

 

39



təxminən  eyni  yuxunu  görmüşük:  vanna  otağı  və  stulların  olmadığı  mehmanxananı».  Talita 

güldü: çox gülməlidir, qalxmaq lazımdır, artıq gecdir, ayıbdır, bu qədər yatmaq olar? 

 

Treveler  inanır  və  ümid  edirdi,  ancaq  getdikcə  daha  az.  Yuxular  təkrarlanırdı, 



ancaq  hər  kəsinki  ayrı-ayrılıqda.  Başlar  bir-birinə  toxunaraq  yuxulayırdı  və  hər  birində  fərqli 

səhnələrdə  fərqli  pərdələr  qalxırdı.  Treveler  gülümsünərək  düşünəndə  ki,  o  və  Talita  Laval 

küçəsindəki  qonşu  binalarda  yerləşən  iki  kinoteatr  kimidirlər,  ümidini  itirirdi.  Artıq  ürəkdən 

arzuladığı şeyin baş verəcəyinə inanmırdı və bilirdi ki, əgər inanmırsa, deməli, heç olmayacaq. O 

bilirdi: inanmasan, olmalı olan əsla olmayacaq, inansan da, demək olar ki, olmayacaq. 

 

(– 100) 

 

144 

 

Ətirlər, 



orfik

33

 himnlər, müşk və ənbər… Burada sən 



sardoniks

34

 qoxuyursan. Burada isə 



– 

xrizopraz

35

. Burada, dayan bir, buradan, deyəsən, ot qoxusu gəlir, cəfəri qoxusu, az-maz, elə 



bil,  maral dərilərinin arasında  cəfəri  yarpağı qalıb. Burada  isə sənin qoxun  başlayır. Doğrudan 

da,  qəribədir,  qadın  öz  qoxusunu  kişi  onu  hiss  etdiyi  kimi  hiss  edə  bilməz.  Məsələn,    burada. 

Tərpənmə, görüm. Burada sən gecə kremi, tütünqabına qoyulmuş bal qoxuyursan, burada isə – 

yosun,  nə  isə  bu  adi  məsələdir,  bu  barədə  danışmağa  dəyməz.    Amma  yosunların  da  qoxusu 

müxtəlif  olur.  Sibilla  sonuncu  dəniz  dalğasının  sahilə  atdığı  təzətər  yosun  ətri  qoxuyurdu.  Və 

dalğa  qoxuyurdu.  Və  bəzən  elə  günlər  olurdu  ki,  yosunların  qoxusu  nəsə  daha  tünd  qoxuya 

qarışırdı, onda mən başqa bir qabiliyyətimi köməyə çağırmalı olurdum… Və onda bütün qoxular 

qəflətən qırılırdı, qəribə tərzdə qırılırdı və hər şey dada çevrilirdi, köhnə şirələr ağzımı yandırırdı 

və  hər  şey  qaranlığa  qərq  olurdu, 

the  primeval  darkness

1

,

  hər  şey  ətrafında  yaratdığı  həyatın 



fırlandığı  bu  həyatverici  oxda  qapanırdı.  Və  heyvanlarla  ümumiliyini  daha  kəskin  hiss  etdiyin 

anda gözünün qabağına varlığın başlanğıcını və hüdudlarını tamamlayan obrazlar gəlir və sənə 

hər gün rahatlıq gətirən nəm çökəklikdə birdən-birə Aldebaran titrəyir, genlər və bürclər alışır, 

alfa və omeqa, minilliklər, Armageddon, tetramitsin bir-birinə qovuşurlar, ah, kəs səsini, lazım 

deyil,  orada,  yuxarıda,  sən  daha  pissən,  güzgüyə  yaxılmış  əks  kimi  özünə  oxşamırsan.  Sənin 

dərində  nə qədər sükut var, bu necə uçurumdur ki, dibində zümrüddən olan oyun zərləri atılır, 

orada mığmığalar uçuşur, orada simurq quşu və kraterlər var… 

 

                                                



33

 

 

Орфик – Гядим йунан мцьянниси Ортейин адындан эютцрцлцб; мелодик, мистик, сирли мусиги 



демякдир. 

34

 



 

Сардоникс – гиймятли даш 

35

 



 

Хризопраз – йарымгиймятли даш 

1

 



 Язяли гаранлыг (инэ.) 



 

39



(– 92) 

 

145 

 

Morellidən 

 

Sitat:  



«

Məni ayrı-ayrı hissələrdən ibarət əsər yazmağa vadar edən ən mühüm, başlıca və fəlsəfi 

səbəblər  bunlardır:  əsərin  bütöv  bir  yaradıcılığın  tərkib  hissəsi  olması  konsepsiyasından  çıxış 

etmək,  insanı  bədənin  və  ruhun  ayrı-ayrı  hissələrinin  qarışığı  kimi  nəzərdən  keçirmək,  eyni 

zamanda  bütün  Bəşəriyyətə  müxtəlif  hissəciklərin  qatışığı  kimi  baxmaq.  Əgər  mənə  etiraz 

edənlər tapılsa ki,  mənim  hissəciklər  konsepsiyam doğrudan da, heç  bir konsepsiya-filan deyil 

də,  başdan-başa  masqara,  lağlağı,  axmaq  zarafat və  yalandır  və  mən  ciddi  qayda-qanunlara  və 

sənətin kanonlarına riayət etmək əvəzinə məsuliyyətsiz və qəribə hərəkətlərlə onların üzərindən 

adlamağa çalışıram, mən cavab verirəm: bəli, mənim məqsədim elə budur. Və tanrı xətrinə, heç 

bir tərəddüd-filan etmədən boynuma alıram ki, sizin İncəsənətinizdən uzaq olmağı arzulayıram, 

elə sizin özünüzdən də, çünki sizdən də, sizin İncəsənətinizdən də, sizin konsepsiyalarınızdan da, 

sizin artistlik fəaliyyətinizdən də və ümumiyyətlə, sizin artistlik mühitinizdən də zəhləm gedir!» 

 

Qombroviç, IV fəsil, «Ferdidurka». 

 

(– 122)  

 

146 

 

«



Obzerver

»

ə məktub: 



 

Hörmətli cənab redaktor! 

 

Oxucularınızdan kimsə bu il kəpənəklərin olduqca az olduğuna diqqət yetiribmi? 



Adətən,  kəpənəklərin  bol  olduğu  bizim  tərəflərdə  bir  neçə  kələm  kəpənəyindən  savayı,  demək 

olar ki,  heç  bir kəpənəyə rast gəlməmişəm. Mart ayından  bu  yana  bircə dənə Cigeno, bir  neçə 

dənə Teclas, bir  dənə də Queonia görmüşəm, amma nə Etrea, nə alabəzək kəpənək, nə Catocala, 

nə də qırmızı admiral görməmişəm, halbuki keçən yayda bağım bunlarla doluydu. 

 

Zəhmət  olmasa  deyin,  bu  hər  yerdəmi  müşahidə  olunur,  əgər  elədirsə  nəylə 



bağlıdır? 

 

39



 

M. Uoşbern. 

Pitçkomb, Qlos. 

 

(– 29) 

 

147 

 

Niyə tanrılardan bu qədər uzağıq? Bəlkə də, bu sualı verdiyimizə görə. 



 

Nə  olsun  ki?  İnsan  –    sual  verən  heyvandır.  Həqiqətən  sual  verməyi 

öyrənəcəyimiz gün dialoq başlanacaq. Hələliksə suallarımız bizi yalnız başgicəlləndirici şəkildə 

cavablardan  uzaqlaşdırır.  Ən  yalançı  azadlıqda  boğulduğumuz  halda  hansı 

epifaniyanı

36

 



gözləyirik?  Bizim 

Novum  Organum

1

  həqiqətimiz  çatışmır,  pəncərələri  taybatay  açıb,  hər  şeyi 



çölə  tullamaq  lazımdır,  ancaq  ən  əvvəl  pəncərənin  özünü  və  bizi  də  onunla  birlikdə  atmaq 

gərəkdir. Ya həlak olmaq, ya da vaxt itirmədən buradan tullanmaq. Bunu etmək, nə olursa-olsun 

etmək  lazımdır.  Cəsarətini  toplayıb  şənliyin  şıdırğı  vaxtında  peyda  olur  və  qəşəng  yaşıl 

qurbağanı  gecə  hədiyyəsi  olaraq  həşəmətli  ev  sahibəsinin  başına  qoyursan  və  qorxmadan 

nökərlərin intiqamına tamaşa edirsən. 

 

(– 31) 

 

148 

 

Qabi Bassın persona sözünə verdiyi etimoloji izah. 



 

 Mənim  fikrimcə,  Qabi  Bass  öz  traktatında  müdrik  və  çox  incə  bir  izahat  verir. 

«Sözlərin mənşəyi haqqında» əsərində persona sözünü maska kimi izah edir.  Hesab edir ki, bu 

söz personare – dayandırmaq felindən törəyib. Fikrini isə belə izah edir: «Maska sifəti tamamilə 

örtmür,  ona  ağız  üçün  dəlik  qoyulur  və  səs  bu  dəlikdən  çıxmaq  üçün  sıxıldığından  müxtəlif 

istiqamətlərə dağılmır, ona görə də daha bərk və dərin çıxır. Beləliklə, maska insan səsini daha 

gur və təsirli etdiyi üçün onu persona adlandırmışlar, bu səbəbdən də bu sözün formalarında  o 

səsi uzundur». 

 

Avl Gelle, «Attika gecələri» 

                                                

36

 

 

Епифанийа – Танрынын зцщуру (6 йанварда гейд олунан байрам)  



1

 



 Йени алят (лат.) 



 

39



 

(– 42) 

 

149 

 

Bu küçəylə addımlayıram 



Addım səslərim 

 

 



 

Tamam başqa bir prospektdə. 

Və orada 

Eşidirəm  

addımlayan özümü necə də, 

Təkcə  


Dumanın həqiqi olduğu gecədə. 

 

Oktavio Pas 

 

(– 54) 

 

 



150 

 

Ağrı və iztirab çəkənlər haqqında. 

 

York  qraflığı  xəstəxanasından  xəbər  verilir  ki,  keçən  bazar  ayağını  sındırmış  dul 



hersoginya Qrefton dünənki gününü sakit keçirib.  

 

«Sandi Tayms», London. 



 

(– 95) 

 

 

151 

 

Morellinamə 

 

 

39



Pişiyin və ya milçəyin hərəkətlərinə adi gözlə baxmaq kifayətdir ki, bunun elmi cəlb edən 

yeni görüntü olduğunu hiss edəsən, bioloq və fiziklərin instinkt və bioloji həyat kimi təzahürlərlə 

əlaqədə  yeganə  imkan  qismində  təkidlə  bizə  təklif  etdikləri  bu  deantropomorfizasiya  nəsə 

buddizmin  bəzi  müddəalarında,  vedantda,  sufizmdə,  qərb  mistikasında  eşidilən,  keçmişdə  

qırılımış və unudulmuş israrlı çağırış kimi başqa bir şeydir və bizi ölümü həmişəlik rədd etmək 

ideyası ilə ovsunlayır.  

 

(– 152) 

 

 



 



152 

 

Yanılma  

 

Yaşadığım  bu  ev  hər  şeyi  ilə  öz  evimə  oxşayır:  otaqların  yerləşməsi,  girişdəki  qoxu, 



mebel  və  işıq, səhərlər günəşin  çəpəki, günortalar  ilıq, axşamüstü zəif  şüaları;  hər şey eynidir, 

hətta cığırlar da, bağçadakı ağaclar da, köhnə sınıq doqqaz da, döşənmiş həyət də. 

Keçən  vaxtın  saatları  və  dəqiqələri  də  mənim  həyatımın  saat  və  dəqiqələrinə  bənzəyir. 

Onlar  qaçır,  mənsə  düşünürəm:  «Doğrudan  da,  oxşayırlar.  İndi  yaşadığım  saatlara  necə  də 

oxşayırlar!»  

O ki qaldı mənə, evdəki bütün əksetmə səthlərini ləğv etməyimə baxmayaraq, pəncərənin 

şüşəsi  (onsuz  keçinmək  mümkün  deyil)  əksimi  özümə  qaytarmağa  cəhd  edir,  mən  orada 

özümünkünə oxşayan sifət görürəm. Hə, yaman oxşayır, boynuma alıram! 

Lakin qoy, guya, onun mən olduğumu israr etməyə çalışmasınlar! Bax belə! Burada hər 

şey  saxtadır.  Bax  mənim  evimi  və  mənim  həyatımı  mənə  qaytaranda,  əsl  sifətim  də  özümə 

qayıdacaq. 

 

Jan Tardye 



 

(– 143) 

 

153 

 

– Siz əsl buenos-ayreslisiniz, əsnəyirsiniz, onlar sizi aldadacaqlar. 



 

39



 

Çalışaram əsnəməyim. 



 

Yaxşı olar.  



 

 

Kambasares «Sentimental musiqi». 



 

(– 19) 

 

154 

 

Axır  ki,  çəkmələrini  linoleumun  üzərinə  basdı,  burnuna  şirin-kəskin  aspetika  qoxusu 



vurdu,  çarpayıda  iki  yastığa  söykənmiş  qoca  oturmuşdu,  qarmağa  oxşayan  burnu

,

  sanki



,

  öz 


sahibini oturmuş vəziyyətdə havadan asmışdı. Kətan kimi ağappaq idi, çuxura düşmüş gözlərinin 

kənarlarında  qara  ləkələr  gözə  dəyirdi.  Hərarəti  göstərən  vərəqdə  qeyri-adi  ziqzaq  vardı.  Niyə 

özlərinə nahaq zəhmət veriblər? 

 

Onlar  heç  nə  danışmadılar:  argentinalı  dost  bədbəxt  hadisənin  şahididir,  fransız 



dost isə – mançist rəssamdır, bütün xəstəxanalar istisnasız iyrəncdirlər. Morelli də yazıçıdır. 

 

– Ola bilməz, – Etyen dedi. 



 

Niyə olmur ki, bütün tiraj suya atılan daş kimi, lupp, indi bilərsən. Morelli cəmisi 

dörd  yüz  nüsxə  satıldığını  (və  hədiyyə  edildiyini)  onlara  danışmağa  ərinmədi.  Hə,  ikisi  Yeni 

Zellandiyada, təsirli təfsilatdır. 

 

Oliveyra  əli  əsə-əsə  siqaret  çıxartdı  və  xəstəxana  xidmətçisinə  baxdı,  xidmətçi 



başını  tərpədib  onları  iki  saralmış  pərdənin  arasında  qoyaraq  çıxdı.  Onlar  dəftərləri  və 

bürmələnmiş kağızları çıxararaq yatağın ayaq tərəfində oturdular. 

 

– Əgər bizə qəzetdə məlumat rast gəlsə… – Etyen dedi. 



 

–  «Fiqaro»da  çıxmışdı,  –  Morelli  dedi.  –  Çirkin  qar  adamı  barədə  teleqramın 

altında. 

 

– Belə də şey olar? – Oliveyra, nəhayət, pıçıltıyla dedi. – Digər tərəfdən, bəlkə də, 



belə yaxşıdır. Yoxsa ətli-əndamlı qarılar əllərində albom və bankalarda ev jelesi avtoqraf üçün 

bura cumuşardılar.  

 

– Ravənddən, – Morelli dedi. – Ən dadlısı odur. Bəlkə də, gəlməmələri daha yaxşı 



oldu. 

 

– Bəs biz? – Oliveyra doğruçu təlaşla dilləndi, – əgər biz də sizi narahat ediriksə, 



deyin. Hələ fürsət olacaq və s. və i.a. Nəyi nəzərdə tutduğumu bilirsiniz… 

 

– Siz məni tanımadığınız halda yanıma gəlmisiniz. Ona görə də hesab edirəm ki, 



bir az qalsanız yaxşı olar. Palata sakitdir, ən böyük hay-küyçü bu gecə saat ikidə susdu. Pərdələr 

 

39



də əladır, həkim təşkil eləyib, o, mənim necə yazdığımı gördü. Ümumiyyətlə, o, mənə işləməyi 

qadağan edib, ancaq xidmətçi qadınlar pərdə asdılar, odur ki, zəhləmi tökən yoxdur.  

 

– Evə nə vaxt qayıdacaqsınız? 



  

– Heç vaxt, – Morelli dedi. – Mənim sümüklərim  burada qalacaq, uşaqlar. 

 

– Boş şeydir, – Etyen ehtiramla dedi. 



 

– İndi bu zaman məsələsidir. Ancaq mən özümü yaxşı hiss edirəm, qapıçı qadınla 

da problemim yoxdur. Heç kəs məktub gətirmir, hətta Yeni Zellandiyadan da, oranın markaları 

elə  gözəldir  ki.  Ölü  doğulmuş  kitab  işıq  üzü  görəndə  yeganə  nəticəsi  azsaylı,  ancaq  dürüst 

müxbirlər olur. Yeni Zellandiyalı sinyora, Şeffildli oğlan. Kiçik frankmason təşkilatı, üzvlərinin 

az olması onlara ləzzət edir. İndisə həqiqətən…  

 

– Sizə  yazmaq  mənim  heç ağlıma da gəlməyib,  – Oliveyra dedi.  – Biz dostlarla 



sizin  yaradıcılığınıza  bələdik,  amma  o  bizə  elə…  Mən  artıq  sözlər  danışmaq  istəmirəm,  siz 

özünüz  çox  gözəl  bilirsiniz.  Biz  bütün  gecəni  müzakirə  aparmışıq,  mübahisə  etmişik,  sizin 

Parisdə olduğunuz heç ağlımıza da gəlməzdi.  

 

–  Keçən  ilədək  Vyerzonda  yaşayırdım.  Parisə  kitabxanalarda  qurdalanmağa 



gəlmişəm.  Vyerzon,  əlbəttə…  Naşirə  mənim  ünvanımı  kimsəyə  verməmək  tapşırılmışdı.  Heç 

bilmirəm mənim azsaylı pərəstişkarlarım onu haradan əldə ediblər. Belim yaman ağrıyır, uşaqlar. 

 

– İstəyirsiniz, biz gedək, – Ronald dedi. – Eybi yoxdur, biz sabah da gələ bilərik. 



 

–  O,  sizsiz  də  ağrıyacaq,  –  Morelli  dedi.  –  Gəlin  fürsətdən  istifadə  edib  siqaret 

çəkək, mənə qadağan ediblər. 

 

 



 

Ədəbi deyil, adi dil tapmaq lazım idi. 

 

 

Tibb  bacısı  yanlarından  keçəndə  Morelli  əlindəki  siqaret  kötüyünü  şeytan 



çevikliyi ilə ağzına soxub Oliveyraya elə baxdı ki, sanki

,

 o, qoca paltarı geyinmiş oğlan uşağıydı, 



kefdi, vallah.  

 

 



… qismən Ezra Paundun əsas fikirlərindən çıxış edərək, lakin onun 

pedantizmi

37

 

və ikinci dərəcəli simvollarının, başlıca kəmiyyətlərinin dolaşıqlığı olmadan. 



 

Otuz səkkiz və iki. Otuz yeddi və beş. Otuz səkkiz və üç. Rentgen: (oxunmur).  

 

                                                



37

 

 

Редантизм – хырдачылыг 



 

40



 

…və  həm də çox az adamın onlara  –  yeni ədəbi  oyunlara  inanmadan  bu səylərə 

yaxınlaşa biləcəyini öyrənmək. 

Benissimo

1

. Bəla  burasındadır ki, hələ nə qədər şey çatışmır, o 



isə oyunu bitirmədən öləcək.  

 

– İyirmi beşinci partiya, qaralar təslim olur, – Morelli dedi və başını arxaya əydi. 



Və  birdən  tamamilə  taqətsiz  göründü.  –  Təəssüf,  oyun  çox  maraqlıydı.  Görəsən,  doğrudur  ki, 

hind şahmatında hər bir tərəf altımış fiqurla oynayır? 

 

– Tamamilə mümkündür, – Oliveyra dedi. – Sonsuz partiya.  



 

–  Mərkəzi  tutan  qalib  sayılır.  Orada  bütün  imkanlar  onun  əlinə  keçir  və  rəqibin 

oyunu  davam  etdirməsinin  heç  bir  mənası  qalmır.  Ancaq  mərkəz  yan  damaların  birində,  ya  da 

ümumiyyətlə, taxtadan kənarda yerləşə bilər.  

 

– Ya da jiletin cibində. 



 

– Yenə obrazlar, – Morelli dedi. – Onlarsız keçinmək necə də çətindir, onlar çox 

gözəldirlər. Ağıllı qadınlar kimidirlər, doğru sözümdür. Çox istərdim ki, Mallarmeni daha yaxşı 

anlayım,  onda  «yoxluq»  və  «sükut»  anlayışları,  sadəcə,

 

sonuncu  vasitə  deyil,  metafizik 



impasse

2

dir.  Xeres-de-la-Fronterada  topun  məndən  iyirmi  metr  aralıda  atəş  açdığını  eşitdim  və 



sükutun  daha  bir  anlamını  kəşf  etdim.  Bizim  qulağımızın  eşitmədiyi  fiti  eşidən  itlər  isə…  Siz, 

məncə, rəssamsınız. 

 

 

Əllər  vərəqləri  yığa-yığa,  əzik  səhifələri  düzəldə-düzəldə  öz-özünə  hərəkət 



edirdilər. Arabir Morelli danışığını kəsmədən səhifənin birinə baxır və onu sancaqlanmış digər 

vərəqlərə qoşurdu. İki dəfə cibindən karandaş çıxarıb səhifəni nömrələdi. 

 

 

– Sizsə, mənə elə gəlir ki, yazırsınız. 



 

–  Yox,  –  Oliveyra  dedi.  –  Necə  yazasan,  bununçün  ən  azı  yaşadığına  əmin 

olmalısan. 

 

– Mövcud olmaq mahiyyətdən əvvəl gəlir, – Morelli gülümsəyərək dedi. 



 

– Bəlkə də. Lakin mənim durumumda qətiyyən belə deyil. 

 

– Siz yorulmusunuz, – Etyen dedi. – Gedək, Horasio, sən danışmağa başlasan… 



Mən onu tanıyıram, sinyor, o dəhşətdir. 

 

Morelli  isə  elə  hey  gülümsəyir  və  səhifələri  götürüb  baxır,  onlarda  nəsə  tapıb 



müqayisə edirdi. O, başıyla yastığa söykənmək üçün azca aşağı sürüşdü. Oliveyra ayağa qalxdı. 

 

 



– Bu, mənzilin açarıdır, – Morelli dedi. – Mən şad olardım, doğru sözümdür. 

                                                

1

?


worksheet-f04b--.html

worksheet-f13bcontinued.html

workshop-booklet-10.html

workshop-booklet-15.html

workshop-booklet-2.html