©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

Xulio kortasar - səhifə 27


49 

 

Talita  ilə Treveler  elə  hey  məşhur olan  və kölgədə qalan dəlilər  haqqında danışırdılar, 



indi də deyirdilər ki, Ferraquto klinikanı alan kimi sirki öz pişiyi və yerdə qalan bütün əmlakıyla 

birlikdə  Suares  Melian  adlı  birinə  verəcək.  Onların,  xüsusən  də  Talitanın  fikrincə,  sirkin 

klinikaya dəyişdirilməsi özünəməxsus bir irəliləyşdir, ancaq bu optimizmin səbəbləri Trevlerə o 

qədər də aydın deyildi. Məsələnin aydınlaşmasını gözləyə-gözləyə onlar həyəcanla pəncərəyə və 

ya  küçə  qapısına  yaxınlaşaraq  sinyora  Qutuzzo,  don  Bunçe,  don  Krespo  ilə,  hətta  yaxınlıqda 

olsa,  Xekreptenlə  öz  təəssüratlarını  bölüşürdülər.  Bəla  burasındaydı  ki,  məhz  bu  günlər  hamı 

inqilabdan,  Kampo-de-Mayonun  üsyan  edəcəyindən  danışırdı  və  bu,  insanlara  Trelyes 

küçəsindəki  klinikanın  alınmasından  daha  mühüm  görünürdü.  Axırda  Talitayla  Treveler  rahat 

olmaq  üçün  psixiatriya  dərsliyini  oxumağa  girişdilər.  Həmişəki  kimi,  xırda  bir  şey  onların 

mübahisə  etməsinə  səbəb  olurdu,  ördək  günü  isə  mübahisə  elə  qızışdı  ki,  Yüz  Peso  qəfəsdə 

hiddətləndi,  don  Krespo  isə  sol  əlinin  şəhadət  barmağını  sol  gicgahına  qoyub  mənalı  tərzdə 

burmaq üçün tanışlardan birinin gəlməsini gözlədi. Belə hallarda mətbəxin pəncərəsindən ördək 



 

22



lələklərinin  kəsif  qoxusu  yayılır,  qapılar  çırpılır,  yalnız  nahara  doğru  səngiyən  kəskin 

mübahisələr düşürdü və bu şəraitdə ördək tamamilə, son xırtıldayan dərisinədək yeyilirdi.  

«Mariposa» kanyası ilə qəhvə saatı gəlib çatanda sakitlik və əmin-amanlıq onları sanballı 

kitablara,  bir  göz  qırpımında  alınmış  ezoterik  jurnallara,  indi  onların  yeni  həyata  prelyudiya 

hesab  etdikləri  üçün  əldə  etməyi  zəruri  saydıqları  bu  kosmoloji  incilərə  meyilləndirdi.  Həm  də 

ara vermədən dəlilərdən danışdılar, Trevelerlə Oliveyra hətta o qədər xırdalığa getdilər ki, köhnə 

kağızlar tapıb çoxdan unudulmuş fakültəni qaçaraq ziyarət etdikləri zamanlar birlikdə toplamağa 

başladıqları,  sonra  isə  ayrı-ayrılıqda  davam  etdirdikləri  nadir  kolleksiyalarının  bir  hissəsini 

nümayiş  etdirdilər.  Nahardan  sonrakı  vaxtı  onlar  bu  sənədləri  oxumaqla  keçirirdilər  və  Talita 

«Renoviqo»nun  (Meksikada  «Lümen»  nəşriyyatının  buraxdığı  ispan-amerikan  dilində  ikidilli 



qəzet, bu qəzetdə xeyli dəli çox uğurlu fəaliyyət göstərirdi) bir neçə sayı sayəsində bu məclisdə 

iştirak  hüququ qazanırdı. Sirk praktik olaraq Suares Melianın  əlinə keçdiyi üçün  Ferraqutodan 

arabir  xəbər  çıxırdı  və  deyilənə  görə,  klinikanı  onlara  martın  ortasında  təhvil  verəcəkdilər. 

Ferraquto sayan pişiyi görmək üçün iki dəfə sirkdə peyda olmuşdu, görünür, onunla ayrılığa tab 

gətirə bilmirdi və hər dəfə satın aldığı böyük əmlakdan,  hər kə-sin ü-zə-ri-nə dü-şə-cək bö-yük 

məs-ul-iy-yət-dən  danışırdı  (ah!).  Talitaya,  demək  olar  ki,  apteki  həvalə  edəcəkdilər,  odur  ki, 

zavallı  qız  toz  dərman  düzəltmə  sənətini  öyrəndiyi  vaxtlar  etdiyi  köhnə  qeydləri  vərəqləyərək 

əsəbiləşirdi. Oliveyra ilə Treveler onu əllərindən gəldiyi qədər ələ salırdılar, ancaq sirkə gələndə 

özləri də qəflətən məyus olur, adamlara və sayan pişiyə elə baxırdılar ki, guya, sirk dünyanın ən 

maraqlı müəssisələrindən biriymiş, fəqət onlar bunu vaxtında anlaya bilməyiblər. 

–  Burada  hamı  bir  nəfər  kimi  dəlidir  və  onlar  hamıdan  qat-qat  təmizdirlər,  –  Treveler 

deyirdi. – Müqayisə belə yersizdir, çe.  

Oliveyra  qəlbinin  dərinliyində  eyni  şeyi  düşündüyünü  deməyə  ürək  etməyib  çiyinlərini 

çəkir və baxışlarını yuxarı, günbəzin altına yönəldərək tənbəl-tənbəl dumanlı düşüncələrə dalırdı.  

–  Sən,  əlbəttə,  görməzsən,  bütün  dünyanı  gəzmisən,  –  Treveler  mızıldandı.  –  Mən  də 

gəzmişəm, ancaq əsasən buralarda.  

Və o, əllərini qabağa uzadırdı, sanki

,

 Buenos-Ayresin konturlarını cızırdı. 



– Mənim necə gəzdiyimi bilirsən… – Oliveyra cavab verdi. 

Belə  danışmağa  başlayan  kimi  onları  gülmək  tuturdu  və  mane  olduqları  tamaşaçılar 

onlara baxmağa başlayırdılar. 

Səmimi  olanda  hər  üçü  yeni  vəzifələrinə  hazır  olduqlarını  etiraf  edirdilər.  Ancaq, 

məsələn,  «La Nasyon»un bazar günü sayı onları kədərləndirirdi, bu kədəri yalnız kinoteatrların 

qarşısında,  yaxud  köşklərdə  «Rider  Daycest»ə  növbə  olanda  yaşadıqları  məyusluqla  müqayisə 

etmək olardı. 

 

22



–  Getdikcə  əlaqələr  daha  çox  qırılacaq,  –  Treveler  peyğəmbərlik  etdi.  –  İstəyirsən,  lap 

bar-bar bağır.  

– Polkovnik Flappa dünən axşam bağırdı, – Talita cavab verdi. – Nəticədə – mühasirəyə 

düşdü. 


–  Bu,  bağırtı  deyildi,  həyatım,  ölümqabağı  xırıltıydı.  Mən  İriqoyenin  xəyal  etdiyi 

şeylərdən  danışıram,  tarixi  əhəmiyyət  kəsb  edən  şeylərdən,  o  şeylərdən  ki,  qabaqcadan  xəbər 

verilmişdi, insan övladının ümidlərindən, o şeylər ki, onları  burada gözləməyinə dəyməz. 

– Sən eynilə o-nun kimi danışmağa başlamısan, – Talita təşvişlə ona baxaraq və sınayıcı 

baxışlarını gizlətməyə çalışaraq dedi. 

O  isə  sirkə  getməkdə  davam  edir,  axır  vaxtlar  imkanı  daxilində  Suares  Meliana  kömək 

edir və hər şeyin onunçün bu qədər mənasız olduğuna yalnız təəccüblənirdi. Hiss olunurdu ki, öz 

manasının  qalan  hissəsini  o,  elə  hey  klinika  haqqında  düşünərək  həyəcanlanan  Talita  ilə 

Trevelerə verirdi; bu günlər o yalnız sayan pişiklə oynamaqdan əsl həzz ala bilirdi, pişik də ona 

xüsusi incə münasibət göstərir, onu nəşələndirmək üçün sayırdı. Ferraquto pişiyin küçəyə yalnız 

səbətdə və eynilə Okinava savaşında  istifadə olunmuş  fərqləndirici  boyunduruqla çıxarılmasını 

ciddi  şəkildə  əmr  etsə  də,    Oliveyra  pişiyin  duyğularını  çox  gözəl  anladığından  sirkdən  azca 

aralanan  kimi  səbəti  etibar  etdiyi  dükanlardan  birinə  verir  və  zavallı  heyvanın  boynundan 

boyunduruğu açıb boş konserv bankalarına tamaşa etmək üçün körpüyə yollanır, ya da peçenye 

çeynəməyə (ən sevimli məşğuliyyət) gedirdilər. Bu gümrahlaşdırıcı gəzintilərdən sonra Oliveyra 

don  Kresponun    həyətində  təşkil  olunmuş  əyləncə  məclislərini  və  qış  üçün  ona  daha  çox  isti 

paltar toxumağı arzulayan Xekreptenin nəvazişlərini ağrısız yola verə bilirdi. Alqı-satqının şanlı 

tarixini Trevelerə xəbər vermək üçün Ferraqutonun pansiona zəng etdiyi o axşam onlar üçlükdə 

oturub  «Renoviqo»  jurnalının  nüsxəsi  vasitəsilə  şad-xürrəm  ispan-amerikan  dili  sahəsində  öz 

biliklərini  təkmilləşdirirdilər.  Klinikada  onları  ciddi  məsələlərin,  elmin,  fədakarlığın  və 

bunabənzər şeylərin gözləməsindən, demək olar ki, məyus oldular.  

– Fəciəsiz həyət nə həyətdir? – Talita şanlı ispan-amerikan dilində oxudu.  

Sinyora  Qutuzzo  polkovnik  Flappa  və  onun  tankları    haqqında  son  xəbərlərlə  gəlib 

çıxanadək  hər  şey  beləcə  davam  etdi  və  nəhayət,  real  və  konkret  bir  şey  vətənpərvərlik 

duyğularının təsirindən keflənmiş xəbərçinin heyrətinə rəğmən bütün troitsanı süpürüb apardı. 

 

(–118) 

 

 



 

 


 

22



50 

 

Avtobus  dayanacağından  Trelyes  küçəsinə  iki  addım  olardı,  daha  doğrusu,  üç  məhəllə 



keçib  bir  az  da  getmək  lazım  idi.  Talita  ilə  Treveler  peyda  olanda  artıq  Ferraquto  öz 

inzibatçısıyla  oradaydı.  Böyük  alqı-satqı  iki  pəncərəsi  xəstələrin  ətrafında  gəzişdikləri  kiçik 

fəvvarənin suyunun gah qalxdığı, gah da yendiyi həyət-bağçaya açılan birinci mərtəbədəki zalda 

həyata keçirilirdi. Talitayla Treveler zala düşməmişdən qabaq aşağı mərtəbənin koridorundan və 

otaqlarından keçməli oldular ki, yolda bir neçə xanım və cənab düzgün kastil

 

ləhcəsində onları 



sorğu-suala  tutaraq  bir  qutu  fərqli  siqaret  istədilər.  Onları  müşayiət  edən  sanitar,  görünür,  bu 

intermediyanı tamamilə normal qarşıladı, ancaq şərait ilk tanışlığa heç də yaramırdı. Böyük alqı-

satqının baş tutacağı zala onlar, demək olar ki, siqaretsiz təşrif buyurmuşdular və Ferraquto heç 

bir  təmtəraqlı  söz  demədən  onları  inzibatçıya  təqdim  etdi.  Oliveyra  başa  düşülməsi  mümkün 

olmayan sənədin oxunuşu yarıya çatanda peyda oldu, odur ki, hər şeyin qaydasında olduğunu və 

heç kəsin heç bir şey anlamadığını ona yarıpıçıltı və əl-qol hərəkətləriylə anlatmaq lazım gəldi. 

Talita ona qısa şəkildə zala necə gəlib çıxmalarını danışdı, tşş-tşşş, Oliveyra ona təəccüblə baxdı, 

çünki o, çox asanlıqla vestibülə, vestibüldəki yeganə qapıdan isə zala daxil olmuşdu. O ki qaldı 

direktora, o, ciddi qara kostyum geyinmişdi.  

Hava  çox  istiydi,  hər  saatbaşı  hava  haqqında  məlumatı,  onun  ardınca  isə  Kampo-de-

Mayo üsyanı və polkovnik Flappanın sərt tədbirləri haqqında rəsmi təkzibləri oxuyan diktorların 

səsi  olduqca  boğuq  çıxırdı.  Altıya  beş  dəqiqə  qalmış  inzibatçı  sənədin  oxunuşunu  dayandırıb, 

özünün  əvvəlcədən  üzr  istəyərək  dediyi  kimi,  hadisələrlə  kontaktda  olmaq  üçün  yapon 

tranzistorunu işə saldı. Oliveyra bu frazaya dərhal vestibüldə nəyisə unutduğunu bildirən klassik 

jestlə reaksiya verdi (düşündü ki, inzibatçı onun bu hərəkətini də hadisələrlə kontaktda olmanın 

formalarından  biri  kimi  qəbul  edə  bilər  )  və  Trevelerlə  Talitanın  ona  sarı  yönələn  baxışlarına 

əhəmiyyət vermədən yaxındakı qapı (bu onun girdiyi qapı deyildi) vasitəsilə zaldan çıxdı. 

Sənəddən tutduğu bir neçə cümlədən o başa düşmüşdü ki, klinika onlardan aşağıda olan 

dörd  mərtəbədə  və  həyət-bağçanın  içərilərindəki  fligeldə  yerləşir.  Ən  yaxşısı  həyət-bağçada 

gəzişməkdir,  əgər  oranın  yolunu  tapsa,  ancaq  belə  bir  fürsət  olmadı,  çünki  heç  beşcə  metr 

getməmişdi ki, yüngül köynək geymiş gülümsər bir oğlan ona yaxınlaşıb əlindən tutdu və əlini 

uşaq  kimi  yellədə-yellədə    çoxlu  qapının,  eyni  zamanda  yük  lifti  qapısının  olduğu  koridorla 

apardı. Dəli ilə əl-ələ tutub klinikanı dolaşmaq fikri Oliveyranın çox xoşuna gəldi; əvvəlcə o, bir 

siqaret  çıxarıb  yol  yoldaşı  olan  ziyalı  görkəmli  cavan  oğlana  uzatdı;  o,  siqareti  alıb  məmnun 

halda fit çalmağa başladı. Tezliklə məlum oldu ki, cavan oğlan sanitardır, Oliveyra da dəli deyil, 

ancaq bu şəraitdə belə anlaşılmazlıqların olması adi şeydir. Ən adi hadisədir və heç bir şey vəd 

etmir;  mərtəbələri  gəzə-gəzə  Oliveyra  ilə  Remorino  dostlaşdılar  və  məlum  oldu  ki,  klinikanın 

 

23



daxili  topoqrafiyası  yerdə  qalan  personalın  ünvanına  məzəli  əhvalatlar,  zəhərli  hücumlarla 

zəngindir, halbuki onlar özləri də bir-birindən ehtiyat edirdilər. Onlar doktor Ovexeronun öz ağ 

siçanlarını və Monika Vittinin şəklini saxladığı otağındaydılar ki, çəpgöz bir oğlan qaçaraq gəlib 

Remorinoya dedi ki, əgər onun yanındakı sinyorun adı sinyor Horasio Oliveyradırsa, onda və s. 

və  i.a.    Oliveyra  köks  ötürüb  iki  mərtəbə  aşağı  düşdü  və  yenidən  böyük  alqı-satqının 

gerçəkləşdiyi  zala  daxil  oldu;  bu  zaman  sənəd  Kuka  Ferraqutonun  klimakterik  qaydaları  və 

Trevelerin saymazyana əsnəmələrinin müşayiətilə finişə doğru sürünməkdəydi. Oliveyra üçüncü 

mərtəbənin  koridoruna  dönən  yerdə  gördüyü  çəhrayı  pijamanı  xatırladı  –  bir  qoca

,

  sanki


,

 

ovcunda  yatmış  göyərçini  tumarlaya-tumarlaya  divara  qısılaraq  gedirdi.  Bu  zaman  Kuka 



Ferraquto movultuya bənzər bir səs çıxartdı.  

– Necə yəni imzalamalıyıq o’key? 

– Sussana, əzizim, – direktor dedi. – Sinyor demək istəyir ki… 

–  Əlbəttə,  –  Kuka  ilə  hər  zaman  ümumi  dil  tapan  və  ona  kömək  etmək  istəyən  Talita 

dedi. – Klinika təhvil veriləndə xəstələrin də razılığı nəzərə alınmalıdır. 

– Bu lap ağılsızlıqdır, – Kuka lap 

ad hoc

1

 dedi.  



– Bilirsinizmi, sinyora, – inzibatçı bekar əliylə jiletini düzəldərək dedi. – Bizim xəstələr 

xüsusi  xəstələrdir  və  hazırkı  şəraitdə  Mendes  Delfino  qanunu  daha  çox  yerinə  düşür.  Ailələri 

artıq razılıq vermiş səkkiz-on xəstə istisna olmaqla, digərləri ömür boyu dəlixanadan-dəlixanaya 

qaçanlardır, əgər təbir caizsə, heç kəs onlara görə cavabdehlik daşımır.  Mendes Delfino qanunu 

inzibatçıya  bu  şəxslərin  şüurunun  aydınlaşma  dövründə  onlardan  klinikanın  yeni  sahibkara 

verilməsiylə  razı  olub-olmadıqlarını  soruşmaq  səlahiyyəti  verir.  Bax  burada  bu  maddələr  qeyd 

olunub,  o,  Beşinci  fəslindən  nişanlar  sallanan  qırmızı  cildli  kitabı  göstərərək  əlavə  etdi.  – 

Oxuyun, vəssalam. 

– Mən də belə bilirdim, – Ferraquto dedi, – bu proseduru dərhal yerinə yetirmək lazımdır. 

– Bəs mən sizi niyə çağırmışam? Siz sahibkarsınız, bu sinyorlarsa şahiddir, indi xəstələri 

çağıracağıq və bu gün hər şeyi bitirəcəyik. 

–  Ancaq  burası  da  var  ki,  –  Treveler  dedi,  –  qanun  bunu  ancaq  şüurun  aydınlaşdığı 

dövrdə etməyə icazə verir. 

İnzibatçı təəssüflə ona baxıb zınqırovu cingildətdi. Remorino içəri girib Oliveyraya göz 

vurdu və uzun siyahını  masanın üzərinə qoydu. Stulu masanın yaxınına çəkib fars cəlladı kimi 

əllərini  sinəsində  çarpazladı.  Ferraquto  ağıllı  görkəm  alaraq  siyahıya  daldı  və  inzibatçıdan  lap 

aşağıda  razılıq  imzası  lazım  olub-olmadığını  soruşdu,  inzibatçı  cavab  verdi  ki,  indi  onlar 

xəstələri əlifba sırasıyla çağıracaq və göy rəngli diyircəkli «Birome» qələmiylə imza atmalarını 

xahiş  edəcəklər.  Hazırlıqlar  yüksək  səviyyədə  getsə  də,  Treveler  əndişələndiyini  ifadə  etdi: 

                                                

1

 



 Бурада: йериндя (лат.) 



 

23



birdən  xəstələrdən  kimsə  imza  atmaz,  ya  da  nəsə  gözlənilməz  bir  hərəkət  edər.  Kuka  ilə 

Ferraquto onu açıq-aşkar dəstəkləməsələr də, sözlərinə olduqca diqqətlə yanaşdılar. 

 

(–119) 

 

51 

 

Budur,  Remorino  qırımından  yetərincə  qorxduğu  bəlli  olan  qocayla  peyda  oldu,  qoca 



inzibatçını görən kimi qəribə tərzdə təzim etdi. 

– Pijamada! – Kuka heyrətləndi. 

 

Sən ki gələrkən onları gördün, – Ferraquto dedi. 



– Onlar pijamada deyildilər. Başqa şey geyinmişdilər, daha çox… 

–  Sakit,  –  inzibatçı  dedi.  –  Bura  gəlin,  Antunyes,  Remorinonun  göstərdiyi  yerdən  qol 

çəkin. 

Qoca  diqqətlə  siyahıya  baxdı,  Remorino  isə    «Birome»ni  ona  uzatdı.  Ferraquto  cib 



dəsmalını çıxarıb yüngülcə toxunmaqla alnının tərini quruladı. 

– Bu, səkkizinci səhifədir, – Antunyes dedi, – mənsə, mənə elə gəlir ki, birinci səhifəyə 

qoy çəkməliyəm. 

–  Bax    buradan,  –  Remorino  ona  hara    imza  atmağın  lazım  olduğunu  göstərdi.  –  Çək 

gedək, yoxsa qəhvəli süd soyuyar. 

Antunyes qəşəng bir imza atdı, sonra toplaşanları salamlayıb Talitanı heyran qoyan nazlı 

addımlarla uzaqlaşdı. İkinci pijama qat-qat yoğun  idi, o, masanın ətrafında dövrə vuraraq əlini 

inzibatçıya  uzatdı,  ikinci  onun  əlini  könülsüzcə  sıxaraq  soyuqqanlılıqla  siyahıdakı  yerini 

göstərdi. 

– Siz işin nə yerdə olduğunu bilirsiniz, odur ki, imzalayın və palatanıza gedin. 

– Mənim palatam süpürülməyib, – gonbul Pijama dedi. 

Kuka sanitariya və gigiyena nöqsanlarını öz-özlüyündə qeyd etdi. Remorino 

«

Birome


»

ni 


gonbul Pijamaya vermək istədi, ancaq o almadı.  

– Sizin palatanı elə bu dəqiqə süpürəcəklər, – Remorino dedi. – Qol çəkin, don Nikanor. 

– Heç vaxt, – gonbul Pijama dedi. – Bu, tələdir. 

– Nə danışırsınız, nə tələ, – inzibatçı dedi. – Doktor Ovexero sizə işin nə yerdə olduğunu 

izah edib. Siz imza atırsınız və sabahdan etibarən iki porsiya südlü sıyıq alacaqsınız. 

– Bir halda ki, don Antunyes  razı deyil, mən qol çəkməyəcəyəm, – gonbul Pijama dedi.  

– O elə indicə qol çəkdi, sizin qabağınızca. Baxın. 

 

23



–  İmza  aydın  deyil.  Bu  onun  imzası  deyil.  Siz  onu  elektroşokla  imza  atmağa  məcbur 

etmisiniz. Don Antunyesi öldürmüsünüz. 

– Onu  bir də gətirin,  –  inzibatçı Remorinoya əmr etdi,  ikinci çaparaq otaqdan çıxdı  və 

Antunyeslə geri qayıtdı. Gonbul Pijama sevincək qışqırdı və Antunyesə yaxınlaşıb əlini sıxdı. 

–  Razı  olduğunuzu  təsdiq  edin  ki,  o  da  qorxmadan  imza  atsın,  –  inzibatçı  dedi.  –  Tez 

olun, yoxsa artıq gecdir. 

– Qorxma, oğlum, qol çək, – Antunyes gonbul Pijamaya dedi. – Nə edirsən-et, onsuz da 

başından basacaqlar.  

Gonbul  Pijama  qələmi  əlindən  saldı.  Remorino  deyinərək  onu  qaldırdı,  inzibatçı  isə 

qəzəblə  yerindən  qalxdı.  Gonbul  Antunyesin  arxasında  gizlənərək  titrəyir  və  pijamasının 

qollarını  yellədirdi.  Qapı  döyüldü  və  Remorino  onu  açmağa  macal  tapmamış  zala  çəhrayı 

kimono  geyinmiş  bir  sinyora  daxil  oldu,  heç  bir  söz  demədən  birbaş  siyahıya  yaxınlaşıb  ona 

bütün  bucaqlar  altında  elə  baxdı  ki,  sanki

,

  siyahıya  deyil,  qızardılmış  donuza  baxırdı. 



Özündənrazı halda dikəlib ovcunu siyahının üzərinə qoydu. 

– And içirəm ki, – sinyora dedi, – həqiqəti və yalnız həqiqəti söyləyəcəyəm. Sizsə, don 

Nikanor, mənə yalan danışmağa imkan verməyin. 

Gonbul  Pijama  ehtirasla  başını  tərpədib  dərhal  «Birome»ni  Remorinonun  əlindən  aldı, 

hara gəldi elə qol çəkdi ki, heç kəs gözünü qırpmağa belə macal tapmadı.  

–  Ay  səni  öküz,  –  inzibatçının  pıçıltısı  eşidildi.  –  Remorino  bax  gör  o  necə  qol  çəkdi. 

İndisə sizsiniz, sinyora Şvitt, bir halda ki,  buradasınız. Remorino ona göstər. 

– Əgər sosial  şərtlər  yaxşılaşdırılmasa,  mən  heç  bir  yerə  imza atmayacağam,  –  sinyora 

Şvitt dedi. – Qapıları və pəncərələri mənəvi ehtiyaclara açmaq lazımdır. 

– Mən otağımda iki pəncərə olmasını istəyirəm, – gonbul Pijama dedi. – Don Antunyes 

isə  vata  və  başqa  şeylər  almaq  üçün  frank-ingilis  mağazasına  getmək  istəyir.  Buralar  çox 

qaranlıqdır.  

Oliveyra başını azca döndərdikdə Talitanın ona baxıb güldüyünü gördü. Hər ikisi bilirdi 

ki,  ikisi  də  bütün  bunların  axmaq  bir  komediya  olduğunu  düşünür;  bu  gonbul  Pijama  da, 

qalanları da onların özləri kimi başdanxarablardır. İyrənc aktyorlardır, onlar heç dəliyə oxşamağa 

cəhd də etmirdilər, hətta ümumi psixiatriya kitabını oxumağa macal da tapmamışdılar. Məsələn, 

çantasını  ikiəlli  bağrına  basıb  kresloda  oturan  Kuka  öz-özünün  ağasıdır,  kağıza  qol  çəkəndən 

sonra nəsə tələb etməyə – deyəsən, sinyora Şvittin əl-qolunu ölçərək uzun-uzadı izahat verdiyi 

hansısa  köpəyin  öldürülməsiylə  bağlı  –  başlayan  üç  nəfər  həmən  bu  Kukadan  qat-qat  normal 

insanlardır.  Gözlənilməz  heç  bir  şey  yox  idi,  hər  şey  adi  qaydada,  dayanıqsız  və  uzunçuluqla 

müşayiət olunan münasibətlər əsasında baş verirdi, heç inzibatçının qəzəbli replikaları da frank-

ingilis    mağazasıyla  bağlı  təkrarlanan  şikayətlərə,  tələblərə  və  ərizələrə  aydınlıq  gətirmirdi. 



 

23



Beləcə,  Remorino  bir-birinin  ardınca  Antunyesi,  gonbul  Pijamanı  gətirdi,  sonra  sinyora  Şvitt 

nifrətlə öz imzasını qoydu, sonra zəif alovu xatırladan çəhrayı flanel geymiş nəhəng daxil oldu, 

o,  bir  dəri,  bir  sümük  idi,  onun  ardınca  da  acıqlı-qəşəng  yaşıl  gözləri  olan  qar  kimi  ağappaq 

oğlan  uşağı.  Sonuncular  o  qədər  də  müqavimət  göstərmədən  imza  atdılar,  ancaq  görünür, 

tədbirin sonunadək zalda qalmağı qət etmişdilər. Mübahisə yaratmaq istəməyən inzibatçı onlara 

küncdə oturmalarını əmr etdi, Remorino isə növbəti iki nəfəri  – qəşəng budları olan bir qızı və 

gözlərini döşəmədən ayırmayan qarabuğdayı kişini gətirdi. Xəstələrin yenidən itin öldürülməsini 

tələb  etmələri  toplaşanları  bir  daha    təəccübləndirdi.  İmza  atdıqdan  sonra  qız  qapıdan  çıxanda 

balerina  kimi  təzim  etdi.  Kuka  Ferraqutonun  başının  incə  hərəkətiylə  ona  cavab  verməsinə 

Talitayla Treveler özlərini saxlaya bilməyib pıqqıldadılar. Artıq siyahıda on nəfərin imzası vardı, 

Remorino  isə  yenilərini  gətirməkdə  davam  edir  və  hər  dəfə  salamlaşmalara  diqqət  yetirirdi, 

bəzən mübahisə düşür, sonra kəsilirdi, personajlar bir-birini əvəz edirdilər, siyahıya isə yeni imza 

düşürdü. Artıq səkkizin yarısıydı, Kuka pudraqabını çıxarıb klinikanın yeni direktoru kimi özünə 

əl  gəzdirməyə  başladı;  madam  Küri  ilə  Edvic  Feyerin  ortasında  bir  şey.  Talitayla  Treveler 

yenidən qıvrılmağa başlamışdılar, Ferraquto isə narahatlıqla gah siyahıya, işlərin necə getməsinə, 

gah da inzibatçıya baxırdı. Səkkizə iyirmi dəqiqə qalmış növbəti pasiyent qadın bəyan etdi ki, iti 

öldürməyincə heç yerə qol çəkən deyil. Remorino ona söz verdi, özü isə Oliveyraya göz vurdu, 

Oliveyra da onun etimadını qiymətləndirdi. İyirmi  xəstə artıq gəlib keçmiş, qırx  beşi qalmışdı. 

İnzibatçı elan etdi ki, daha dolaşıq olanlar artıq imza atıblar (elə belə də dedi), ona görə də başqa 

otağa keçib pivə içə və son xəbərlərlə tanış ola bilərsiniz. Qəlyanaltı edərkən onlar psixiatriyadan 

və siyasətdən danışdılar. İnqilab hökumət qüvvələri tərəfindən boğuldu, başçılar Luxnaya təslim 

oldular. Doktor Nerio Roxas indi Amsterdamda konqresdədir. Pivəyə isə söz ola bilməz. 

Doqquzun  yarısında  qırx  səkkiz  imza  atılmışdı.  Hava  qaralırdı,  zalın  havası  siqaret 

tüstüsündən,  künclərə  toplaşmış  adamların  nəfəsindən  və  öskürəyindən  qatılaşmış  və 

ağırlaşmışdı. Oliveyra küçəyə çıxmaq istədi, ancaq inzibatçı çox sərt və amansız idi. Sonuncu üç 

nəfər qida rejimində dəyişiklik (Ferraquto, Kukaya qeyd etməsini  işarə etdi, bircə  bu çatmırdı, 

klinikada  yemək  qüsursuz  olmalıdır)  və  itin  öldürülməsini  tələb  etdilər  (Kuka  barmaqlarını 

italyansayağı  qatlayıb  əlini  qaldırdı  və  Ferraqutoya  göstərdi,  Ferraquto  karıxmış  halda  başını 

silkələyib inzibatçıya baxdı, o isə çox yorulduğundan şirniyyat jurnalı vasitəsilə ondan gizləndi). 

Əlində daim göyərçin gəzdirən qoca (o, quşu durmadan tumarlayır, sanki

,

 yatızdırmaq istəyirdi) 



içəri  girəndə  araya  uzun  sükut  çökdü,  hamı  onun  əlində  hərəkətsiz  dayanan  göyərçinə  baxıb 

acıyırdı  ki,  qoca  imza  atmaq  üçün  Remorinonun  əlindən  «Birome»ni  alanda  göyərçini 

sığallamağına  ara  verməli  olacaq.  Qocanın  ardınca  əl-ələ  tutmuş  iki  bacı  girdi,  onlar  elə 

kandardaca  itin  öldürülməsini,  saxlama  şəraitinin  yaxşılaşdırılmasını  tələb  etdilər.  İtin  adını 



 

23



eşidən kimi Remorino güldü, Oliveyra isə əlinin tərlədiyini hiss edib ayağa qalxdı və Trevelerə 

dedi ki, çıxıb bir az gəzişəcək, lap az və dərhal da qayıdacaq. 

– Siz qalmalısınız, – inzibatçı dedi. – Siz şahidsiniz. 

– Mən klinikada olaca

ğa

m, – Oliveyra dedi. – Mendes Delfino qanununa nəzər salsanız, 



orada belə bir hal nəzərdə tutulub. 

– Mən də səninlə gedirəm, – Treveler dedi. – Beş dəqiqədən sonra qayıdarıq. 

– Uzağa getməyin,  – inzibatçı dedi. 

–  Təbii  ki,  –  Treveler  dedi.  –  Gedək,  qardaşım,  məncə,  bağçaya  düşsək  yaxşı  olar. 

Haradan ağlıma gələrdi ki, belə olacaq, lap həvəsdən düşdüm. 

–  Birmənalı  darıxdırıcıdır,  –  Oliveyra  dedi.  –  Hətta    bir  dənə  də  dəli  köynəyi  lazım 

olmadı.  Görürsən,  hamısı  itin  öldürülməsini  istəyir.  Gedək  fəvvarənin  yanında  oturaq,  su  elə 

təmizdir ki, bəlkə, ona baxıb məsələnin nə yerdə olduğunu anlayaq. 

– Neft qoxusu gəlir, – Treveler dedi. – Ona baxanda hər şeyi başa düşəcəyik. 

– Bəs biz nə gözləyirdik? Görürsən, onlar hamısı axırda imzalamalı olurlar, onlarla bizim 

aramızda nə fərq var? Heç bir. Ona görə də bu müəssisə elə bizlikdir. 

– Yox, – Treveler dedi, – fərq var: bizdən fərqli olaraq burada hər şey çəhrayı rəngdədir.  

–  Bir  bax,  –  Oliveyra  yuxarıdakı  mərtəbələri  göstərərək  dedi.  –  Hava,  demək  olar  ki, 

qaralıb və üçüncü mərtəbənin pəncərələrində işıq ritmik şəkildə yanıb-söndü. Bir pəncərədən işıq 

gəlir, o birində qaranlıqdır. Əksinə. Bir mərtəbədə işıq yanır, o birində qaranlıqdır və əksinə. 

– Başlandı, – Treveler dedi. – İmza çoxdur, ancaq kobud işdir, xoruzun quyruğu görünür. 

Onlar  qərara  gəldilər  ki,  heç  bir  şey  danışmadan,  pəncərələrdəki  yanıb-sönən  işıqlara 

baxa-baxa parlayan fəvvarənin yanında adama bir siqaret çəksinlər. Bu zaman Treveler qarşıdakı 

dəyişikliklərə işarə vurdu, araya sükut çökdü, sonra o, Horasionun qaranlıqda için-için güldüyün 

eşitdi. Treveler  dediyini  yenə təkrar etdi, o  yalnız  əmin olmaq  istəyirdi, ancaq əsas  şeyi  necə 

deyəcəyini bilmirdi, buna heç cür söz tapa bilmirdi. 

–  Biz  qansoran  xortdanlar  kimiyik,  bir-birimizin  qanını  soruruq,  sanki

,

  qan-damar 



sistemimiz birdir, bizi o birləşdirir, daha doğrusu, ayırır. Bəzən ikimizi, bəzən də hər üçümüzü, 

öz-özümüzü  aldatmayaq.  Bunun  nə  vaxt  başladığını  bilmirəm,  ancaq  bu  belədir,  buna  göz 

yummaq da lazım deyil. Mənə elə gəlir ki, biz bura ona görə gəlməmişik ki, direktor bizi dartıb 

gətirib. Sirkdə, Suares Melianın yanında qalmaqdan asan heç nə yox idi, biz öz işimizi bilirdik 

və  bizi  orada  qiymətləndirirdilər.  Amma  yox  –  bura  gəlmək  lazım  idi.  Həm  də  hər  üçümüzə. 

Bütün  günahlar  məndədir,  ona  görə  ki,  mən  istəmirdim  Talita  düşünsün  ki,  guya…  Bir  sözlə, 

mən  səndən  canımı  qurtarmaq  istəyirdim,  sadəcə,  sən  hesaba  almamışdım.  Lənətə  gəlmiş, 

xudbinlik. 



 

23



– Doğrudan da, – Oliveyra dedi, – bu təkliflə razılaşmaq mənim nəyimə lazımdır. Yaxşısı 

budur, sirkə gedərəm, ya da ümumiyyətlə,  buradan uzaqlara. Buenos-Ayres böyükdür. Mən sənə 

bir dəfə demişdim.  

–  Deməyinə-demişdin,  ancaq  bizim  söhbətimizdən  sonra  getməyə  qərar  verdin,  başqa 

sözlə,  bunu mənə görə etməyini qəbul etmirəm. 

– Yaxşı görək, heç olmasa izah elə görüm, hansı dəyişikliklərdən danışırsan? 

–  Bilmirəm,  necə  deyim,  istəyirəm  izah  edəm  –  ancaq  hər  şey  daha  da  tutqunlaşır. 

Təxminən  belədir:  səninlə  birlikdə  olanda  problem  olmur,  ancaq  tək  qalan  kimi  hiss  etməyə 

başlayıram ki, sanki

,

 mənə təzyiq edirsən, öz otağından məni sıxırsan. Məndən mismar istədiyin 



gün yadındadır? Talitayla da işlər yaxşı getmir, o, mənə baxır, ancaq mənə elə gəlir ki, baxışları 

sənə  tuşlanıb,  üçümüz  bir  yerdə  olanda  isə,  əksinə,  o

,

  sanki


,

  saatlarla  sənə  əhəmiyyət  belə 

vermir. Mənə elə gəlir ki, sən özün də bunu anlamısan. 

– Hə. Davam elə.  

– Vəssalam, mən ona görə sənə qərar verməkdə kömək etmək istəmirdim. Sən özün hər 

şeyi  həll  etməliydin,  indisə  mən  səni  tələyə  salıb  hər  şeyi  dedim,  sən  qərar  verməkdə  azad 

deyilsən, çünki  içindəki  məsuliyyət hissi sənə diqtə edəcək və o halda  yemək əlindən çıxacaq.   

Hazırkı durumda etika sənin dostuna həyat bəxş etməyindən ibarətdir, ancaq mən sənin sədəqəni 

qəbul etmirəm. 

– Həə, – Olveyra dedi, – demək, sən məni getməyə qoymursan və mən gedə bilmirəm. 

Sənə elə gəlmir ki, situasiya, demək olar ki, çəhrayı pijamalardakı kimidir? 

– Ola bilər. 

– Görürsən, nə maraqlıdır. 

– Nədir maraqlı? 

– Bütün işıqları birdən söndürdülər. 

– Yəqin, axırıncı imzaya çatdılar. Klinika Dirin əlinə keçdi, Yaşasın Ferraquto. 

– Məncə, indi onları razı salmaq üçün iti vurmaq lazımdır. Maraqlıdır, görəsən, o, onların 

zəhləsini necə aparıb. 

– Yox, əşşi, zəhlələrini-filan aparmayıb. Hal-hazırda  buradakıların ehtirasları o qədər də 

qızışmayıb. 

– Sənin tələbatın, dostum, radikal qərarlaradır. Uzun müddət məndə də belə olub, sonra 

isə… 


Qayıdarkən ehtiyatlı olmağa çalışdılar, çünki çəmənliklərin və cığırların harada olduğunu 

xatırlamırdılar.  Giriş  qapısına  çatanda  ayaqlarının  altında  tabaşirlə  çəkilmiş  xanalar  gördülər, 

Treveler yavaşca güldü və bir ayağını qaldırıb damalardan tullandı. Qaranlıqda tabaşirlə çəkilmiş 

xətlər zəif görünürdü. 



 

23



– Bir dəfə  belə gecələrdən birində,  – Oliveyra dedi,  –  mən sənə orada nə  baş verdiyini 

danışaram.  Bu  mənim  xoşuma  gəlmir,  ancaq  ola  bilər  ki,  iti  öldürmək,  əgər  belə  demək 

mümkündürsə, yeganə çıxış yoludur. 

Treveler hoppanıb xanadan çıxdı və həmin dəmdə ikinci mərtəbədə bütün işıqlar yandı. 

Nəsə  demək  istəyən  Oliveyra  indicə  yanan  və  hələ  sönməyə  macal  tapmamış  işıqda  bir  anlıq 

Trevelerin  qaranlıqdan  çıxan  üzünü  gördü  və  onun  dişini  ağardan  mimikasının  sir-sifətini 

tanınmaz hala saldığına heyrətləndi (bu mimikanı latınca «rictus» sözüylə ifadə etmək olardı ki, 

bu da ağızın dartılması, dodaq əzələlərinin güləndə olduğu kimi sıxılması deməkdir). 

– Yeri gəlmişkən, it haqqında, – Treveler dedi, – sən baş həkimin soyadına fikir verdin, – 

Ovexero, çoban. Belə-belə işlər. 

– Sənin demək istədiyin bu deyildi. 

– Yoxsa,  mənim demədiyim  fikirlərimdən  və eyhamlarımdan gileylənmək  istəyirsən?  – 

Treveler  dedi.  –  Əlbəttə,  sən  haqlısan,  ancaq  bunda  yox.  Belə  şeyləri  danışmırlar.  Yox,  əgər 

istəyirsənsə…  Ancaq  mənə  elə  gəlir  ki,  indi  artıq  gecdir,  çe.  Pizza  soyudu,  ona  qayıtmağın 

mənası yoxdur. Yaxşısı budur, dərhal işə girişək, hər necə olsa da – əyləncədir. 

Oliveyra  cavab  vermədi  və  onlar  böyük  müqavilənin  gerçəkləşdiyi  və  inzibatçı  ilə 

Ferraqutonun  ikiqat  kanya  porsiyasını  nuş  etdikləri  zala  qalxdılar.  Oliveyra  onlara  qoşuldu, 

Trevelersə  divanda,  yuxulu  görkəmdə  roman  oxuyan  Talitanın  yanında  oturdu.  Axırıncı  imza 

atılan  kimi  Remorino  bir  anda  siyahını  və  tədbirə  qatılan  xəstələri  yığışdırdı.  Treveler 

inzibatçının  yuxarıdakı  işığı  söndürüb  onun  əvəzinə  stolüstü  lampanı  yandırdığına  diqqət  etdi; 

bir  andaca  hər  şey  həlim  və  yaşılımtraq  oldu  və  hamı  sakit,  razılıqla  danışmağa  başladı.  O, 

mərkəzdəki restoranlardan birinə gedib cenevrəsayağı içalat yemək planları qurulduğunu eşitdi. 

Talita  kitabı  bağlayıb  yuxulu  gözləriylə  ona  baxdı.  O,  əlini  arvadının  saçlarında  gəzdirdi  və 

özünü yaxşı hiss etdi. Nə olursa-olsun, bu saatda, bu istidə içalat yemək fikri, sadəcə, axmaqlığın 

pik nöqtəsiydi.  

 

(–69) 


?


workpackage-progress.html

workplan---mass-of-data.html

works-cited---children-.html

works-execution-of-ibenik.html

worksheet-c03a--.html