1 ... 6 7 8 9 10 11 12 13 14

Union we Unite We Succeed - səhifə 13

səhifə13/14
tarix08.04.2018
ölçüsü294.29 Kb.

Ağıllı saatlar artıq bir çox baxımdan telefonla bərabər üstünlüklər daşımaqdadır. Google ağıllı saatlara yeni bir xüsusiyyət  daha gətirmək niyyətindədir. Artıq ağıllı saatlar vasitəsilə restoran və marketlərdə ödəniş etmək mümkün olacaq. Google Play-ın 10.0 verisyası ilə tanış olduqca maraqlı bir nüans diqqəti cəlb edib. Beləki, Tap-to-Pay xidməti haqqında yayılan məlumatlar tezliklə ödəniş sistemində işinizi asanlaşdıra biləcəyinə işarədir. Verilən məlumata görə "Google” bu  yeniliyi 

Android Wear 

cihazlarında sınaqdan keçirəcək. Kodlar arasında

"Saatınızı terminal yaxınlaşdırın”

ifadəsi bunu deməyə  əsas verir. Yəni əgər sizin də adı çəkilən Android Wear adlı ağıllı  saatınız varsa, onda tezliklə saatınızdan alış-verişdə  istifadə edə biləcəksiniz. Bir digər maraqlı məqam isə bir  dəfə istifadə olunan tətbiqlərdir. Android saatlar  tətbiqləri yükləmədən bir dəfəlik olmaqla istifadə edə  biləcəklər. Ağıllı saatlar o qədər də rəğbət görməsə də  gələcəkdə kredit kartlarını əvəz etməsi ehtimalı satışlara  da müsbət təsir göstərə bilər. Bu yenilik hal-hazırda  aktivdir və Google istifadəçiləri arasında test  edilməkdədir. © Technote.az

47



48

iPhone 6s ilə birlikdə gələn bir xüsusiyyətin, "Samsung” tərəfindən təqdim ediləcək yeni nəsil Galaxy modeli S8-də yer  alacağı irəli sürüldü. "

Samsung

”un maraqla gözlənilən ağıllı telefonu 

Galaxy 

S8-

də, "

Apple

”ın 

iPhone 6s 

seriyası etibarı ilə təqdim  etdiyi 

təzyiq həssaslı ekran 

texnologiyasını təqdim edəcəyi  deyilir. "Apple”ın 

3D Touch 

adı ilə istifadə etdiyi 

Force 

Touch 

texnologiyası, əgər iddia edildiyi kimi Samsung  Galaxy S8-də yer alsa, bu onu şirkətin ilk Force Touch  ekrana sahib ağıllı telefonu edəcək. Bir "Samsung”  tədarükçüsünün sızdırdığı məlumatlara görə, "Samsung”,  Force Touch texnologiyasını qismən də olsa 

Galaxy S8-

ə  gətirmək istəyir.  "Google” tərəfindən Android Nougat üçün elan edilmiş tətbiq qısa yolları 

(app shortcuts) 

xüsusiyyəti Force Touch-a oxşadılsa  da yeni texnologiya bir qədər fərqli iş prinsipinə sahibdir. "Samsung” əməkdaşlarından birinin də Force Touch texnologiyasının yaxın gələcəkdə öz smartfonlarında istifadə ediləcəyini  açıqladığı iddia edilir. Yəni orta səviyyə ağıllı telefonlar üçün bu texnologiyanın gəlməsi daha uzun zaman alacağa oxşayır. Digər tərəfdən texnologiyanın tamamilə tətbiq edilməsinin bir ya da iki il ala biləcəyi düşünülür. Digər Android ağıllı telefon  istehsalçılarının da istifadəçi rahatlığını artıracaq olan bu texnologiyanı istifadə etmələrinin isə an məsələsi olduğu ifadə edilir.  Bu arada 

Huawei

-n bu texnologiyanı Force Touch adı ilə hal-hazırda istifadə etdiyini də qeyd etməliyik. © Technote.az

50

Lütfi Zadə

Lütfi Zadə (ing. Lotfi Zadeh; əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə) — azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru. O bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir. Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990- 2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilmişdir. Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya texnologiyaları problemləri” və “İnformasiya cəmiyyəti problemləri” jurnallarının fəxri baş redaktorudur. Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir. Lütfi Zadə 1921 -ci ilin 4 fevral tarixində Bakıda ,  Rəhim Ələsgərzadə (1895-1980)  və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya)  Moiseyevna Koremanın (1897-1974)  ailəsində dünyaya gəlib Lütfinin atası Rəhim Ələsgərzadə İran ın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb . Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib . İranda dostları və qohumları vasitəsilə külli -miqdarda kibrit alaraq onu Bakıya gətirib və kibrit satışını təşkil etməklə özünə yaxşı güzəran düzəldib .  İşgüzar fəaliyyəti ilə yanaşı Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb .  Bakıda gələcək həyat yoldaşı Fanya ilə tanış olub və valideynlərinin razılığı ilə onunla ailə qurub.

:

wp-content -> uploads -> 2017
2017 -> Yazıçı-publisist Akif Əlinin "Öncə Vətəndir"
2017 -> K. K. T. C. Hentbol federasyonu
2017 -> Sualti ragbiSİ talimatnamesi
2017 -> Analiza pest zespół klasztorno-pałacowy
2017 -> Hiperemezis gravidarumlu(HG), özellikle psikojenik orijinli olgularda hipnoterapi yararını sağlamak
2017 -> Representasi maskulinitas dalam film talak 3 (Studi Analisis Semiotika Roland Barthes) Syulhajji S
2017 -> Microsoft Word a link to the interview only docx


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


usklaivanje-reputacije-i.html

uskorenie-tranzita-2.html

uskorennoe-mishlenie--.html

uslovie-razmesheniya--s.html

uslovij-v-novogrudskom.html