1 ... 60 61 62 63 64 65 66 67 ... 102

The scientific and pedagogical - səhifə 64

səhifə64/102
tarix18.06.2018
ölçüsü5.08 Kb.

 
 
164
E.M.Sadıqov 
 
səmərəli sisteminin yaradılması, informasiya xidmətinin, məsləhət mərkəzlərinin 
fəaliyyəti üçün texniki – texnoloji təminatın yaradılması    və bu kimi bir sıra digər 
fəaliyət istiqamətləri də, innovasiyalı inkişaf tələblərinə uyğunlaşan investisiya 
bazarının infrastrukturunun funksional komponentlərinin (qurumların) fəaliyyət 
istiqamətlərinə aid edilməlidir.  
İnvestisiya bazarının inkişaf meyillərinin təhlili göstərir ki, informasiya 
resurslarının istifadəsinin institutsional bazası investisiya  cəlbediciliyinin 
qiymətləndirilməsinə artan tələblərə adekvat deyil və onun ciddi təkmilləşdirməyə 
ehtiyacı vardır. Bu məqsədlə investisiya bazarının informasiya infrastrukturu 
modernləşdirilməli, investisiya proseslərinin idarə edilməsi və investisiya qərarların 
qəbulunun informasiya bazası  zənginləşdirilməli,  investisiya münasibətlərinin 
tənzimlənməsinin informasiya təminatı təkmilləşdirilməlidir. Arayış üçün qeyd edək ki, 
investisiya bazarının informasiya infrastrukturuna, həmçinin sənədləşdirilən və 
sənədləşdirilməyən işgüzar nəşrlər, müəssisələrin investisiya cəlbediciliyi üzrə reytinq 
sistemləri, investisiya layihələrinin hazırlnması  və reallaşdırılmasını müşayiət edən 
informasiya axınları və i.a aid olunur. 
 İnvestisiya infrastrukturunun tənzimləyici tərkib hissəsi- iqtisadi idarəetmə 
strukturunun  ən yüksək statuslu qurumlarını, müvafiq nazirliklər, dövlət komitə  və 
agentliklərini  əhatə edir. Belə ki, məhz həmin qurumlar investisiya münasibətlərinin 
tənzimlənməsinin meyarları, qaydaları  və standarlarını müəyyənləşdirir, onlara riayət 
edilməsinə  nəzarət edir.  Tənzimləyici investisiya infrastrukturu investisiya bazarında 
hüquqi, lisenziyalaşdırma və nəzarət funksiyalarını icra edirlər. 
İnvestisiya bazarının səciyyələndirilməsi üçün investisiyaya tələbini 
təsərrüfatçılıq niyyətindən asılı olaraq (potensial və real tələb kimi) fərqləndirmək 
məqsədəuyğundur.  Potensial tələb, təsərrüfatçılıq subyektinin sərəncamında olan 
vəsaitin, bu və ya digər səviyyədə gəlir gətirdiy halda, onun investisiyaya yönəldilməsi 
niyyətinin olmaması halında özünü büruzə verir. Bu halda həmin vəsaitlərin 
məcmusunu,onların yaradacağı effekt nəzərə alınmaqla, zənnimizcə haqlı olaraq 
investisiya potensialı adlandırırlar.  İnvestisiya fəaliyyəti subyektinin bazara çıxışı 
konkret, başqa sözlə, bu və ya digər niyyətin həyata keçirilməsi məqsədi daşıdıqda 
yaranan tələb real investisiya tələbi kimi təqdim olunur. Təbii ki, bu halda, investisiya 
münasibətləri rəqabət mühitinin tələblərinə cavab vermək üçün adekvat infrastruktur 
təminatına malik olmalıdır.  
İnvestisiya bazarının inkişafı kapital qoyuluşunun müəyyən edilmiş prioritet 
istiqamətlərinin xarakteristikaları ilə şərtlənir. “İnvestisiya bazarı – xalq təsərrüfatlarının 
müxtəlif sahələrinə uzunmüddətli vəsait qoyuluşu formasında reallaşdırılan məsrəflərin 
məcmuyudur.  İnvestisiyalar dövlət, xüsusi müəssisələr, eləcə  də xarici investorlar 
tərəfindən həyata keçirilir. Ancaq burada dövlət maraqlarının təmin olunması 
baxımından  əsas məsələ kapital qoyuluşunun prioritet istiqamətlərinin müəyyən 
olunmasıdır. Odur ki, belə bir vacib bir məsələdə dövlətin investisiya siyasətinin əsasını 
təşkil edən hərtərəfli işlənmiş proqramı olmalıdır” (2, s.36). 
 Araşdırmalar göstərir ki, investisiya bazarının təhlilində,  əsasən iki aspektə 
üstünlük verilir. Birinci aspekt investisiya bazarına investorların təklif etdiyi  investisiya 
kapitalı bazarı kimi yanaşmanı  nəzərdə tutur. Digər aspektdə investisiya bazarı 
investisiya əmtəələri bazarı kimi təqdim edlir. Həmin əmtəələrə, müəyyən qeyd-şərtlərə: 
- investorların vəsait qoyduqları obyektlər; 
 
 

 
 
165
E.M.Sadıqov 
 
- investisiya kapitalı hesabına istehsal edilərək, əsas vəsaitlərin yenilənməsi və 
keyfiyyət baxımından təkmilləşdirilməsi məqsədlərinə xidmət edən əmtəələr aid edilir. 
Bu əmtəələrin ümumi əlaməti onların gəlir gətirmə qabiliyyətinin olmasıdır. 
İnfrastruktura müstəqim mənada yanaşdıqda belə, investisiya bazarının 
infrastruktur təminatı məsələləri, kifayət qədər aktualdır. İqtisadiyyatın və onun ayrı-
ayrı bölmələrinin ahəngdar fəaliyyəti və inkişafı üçün əlverişli  şərait yaradan, 
insanların həyat fəaliyyətini təmin edən kompleks kimi infrastruktur qarşılıqlı 
əlaqəli müxtəlif bazar subyektlərinin –istehsal, institusional, informasiya və digər 
münasibətlərinin maddi-texniki əsasını təşkil edir. “İnfrastruktur əmtəə istehsalı və 
tədavülünün normal fəaliyyəti, həmçinin insanların həyat və fəaliyyəti üçün şərait 
yaratmalı olan sahələrin, onlara daxil olan müəssisə  və  təşkilatların fəaliyyət 
növlərinin məcmusudur” (3,s. 370). 
İstehsalın investisiyalaşması münasibətlərinin maddiləşməsinə əsasən, fərdi 
deyil kollektiv (ictimai) ehtiyacların ödənilməsinə yönəlik enerji-yanacaq, rabitə, 
informasiya-kommunikasiya  şəbəkəsi, yol, yük nəqliyyatı, anbar təsərrüfatı, su 
təchizatı, kanalizasiya şəbəkəsi və bu kimi bir sıra xidmət müəsisələrini əhatə edən 
istehsal infrastrukturu xidmət edir. 
İnvestisiya bazarı iştirakçılarının fəaliyyətində infrastruktur amilinin artan rolu 
müşahidə olunur. İnvestor bu və ya digər obyektə  vəsait ayırmağın 
məqsədəuyğunluğunu araşdırarkən, demək olar ki, ilk növbədə həmin obyektin fəaliyyət 
mühitini, infrastruktur təminatını qiymətləndirir. Konkret obyektin və ya ərazinin 
investisiya cəlbediciliyi, başqa sözlə investisiya bazarında fəallıq infrastrukturun inkişaf 
səviyyəsindən asılıdır.  
İnvestisiya bazarının infrastruktur təminatının müasir tələblər səviyyəsinə 
çatdırılmasında proqram-məqsədli yanaşma perspektivli hesab olunsa da, hər bir ölkə və 
ya region çərçivəsində onun inkişafına özünəməxsus yanaşmalar da istisna deyildir. Bu 
baxımdan regional inkişafın sürətləndirilməsinə  və tarazlaşdırılmasına yönəlik dövlət 
proqramlarının, həm hazırlanması, həm də icrası üzrə qazanılmış  təcrübə diqqətə 
layiqdir. Haqqında danışılan təcrübənin araşdırıcıları, Azərbaycan Respublikası 
regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının elmi-metodiki və 
informasiya təminatını, postsovet ölkələrinin təcrübəsinin ümumiləşdirilməsi 
baxımından təqdirəlayiq hesab edirlər.  
Son dövrlərdə Azərbaycanda həyata keçirilən Dövlət proqramlarında 
infrastrukturun modernləşdirilməsi prioritet istiqamətlərdən biri kimi qəbul  olunur.  
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə  uğurla icra edilmiş 
Dövlət proqramlarında (2004-2008-ci və 2009-2013-cü illər üzrə) nəzərdə tutulmuş 
infrastruktur layihələri bölgələrdə investisiya fəallığına ciddi müsbət təsir etmişdir.  
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı 
Dövlət Proqramı”ında da infrastruktur layihələrinə vəsait ayrılmışdır.  
İnvestisiya bazarının infrastruktur aspektlərinə diqqəti artıran cəhətlərdən biri, 
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft bölməsinin üstün inkişafının 
prioritet elan edilməsidir. Belə ki, şaxələndirilmiş iqtisadiyyat investisiya bazarının 
infrastrukturuna özünəməxsus tələblər qoyur. Həmin tələblər qismində, ilk növbədə: 
- çoxsahəli iqtisadiyyatın xüsusiyyətlərinin nəzərə alınması; 
- ixtisaslaşdırılmış  və ümumi təyinatlı infrastruktur elementlərinin funksional 
müstəvidə uzlaşdırılması; 
- maliyyə vasitəçiliyi və digər xidmət qurumlarının fəaliyyətinin ahəngdarlıq 
meyarları baxımından qiymətləndirilməsi zəruriliyi və s. qeyd edilməlidir.  

:

journals
journals -> Paper Title (use style: paper title)
journals -> A sexual violation in an analytic treatment and its personal and theoretical aftermath
journals -> Aşura mərasimləri, mənəvi dəyər kimi Müəllif: Dr. İbrahim Zöhrab oğlu Quliyev 1 Alınan tarix
journals -> Laval théologique et philosophique narbonne, Jean-Marc, La Métaphysique de Plotin
journals -> 36 Sesaebi-184-187+. doc
journals -> Manas Sosyal Araştırmalar Dergisi 016 Cilt: Sayı: Manas Journal of Social Studies


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


tipologya-sposobv.html

tipos-de-pimentas-lista-2.html

tipovaya-2.html

tipovaya-7.html

tipovaya-rekomend.html